Kissincer Zelenskiyə deyib ki, Ukrayna… – Soskin açıqladı

upload 70320401 729234487530657 5444653431807541248 n pic 32ratio 1200x800 1200x800 9101

“ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer Vladimir Zelenskiyə Ukraynanın dünyadakı kiçik rolu barədə xəbərdarlıq edib. Lakin Zelenski Kissincerin xəbərdarlığına məhəl qoymayıb”.

Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın müşaviri olmuş Oleq Soskin deyib.

Ekspertin sözlərinə görə, Kissincer Zelenskiyə, “Ukrayna kiçik bir peşkadır” deməyə çalışsa da, o, bu fikiri qəbul etməyib. Soskin əmindir ki, Zelenski ABŞ-ın keçmiş dövlət katibini eşitsəydi, bu fəlakətdən qaçmaq olardı.

Siyasətçi bildirib ki, Avropa üçün Ukraynanı NATO-ya daxil etmək vacibdir. Lakin Qərb Kiyevin maraqlarına əhəmiyyət vermir.

Əliyar Xəlil
Globalinfo.az