
Avropa ABŞ olmadan Ukraynanın təhlükəsizliyinə zəmanət verə bilməz.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “The Guardian” nəşrinə müsahibəsində deyib.
“Əgər Donald Tramp ABŞ-ın Ukraynaya göstərdiyi dəstəyi geri çəkərsə, Avropa təkbaşına bu boşluğu doldura bilməyəcək. Çoxları deyir ki, Avropa ABŞ-sız da təhlükəsizliyə zəmanət verə bilər, mən isə buna “yox” deyirəm. ABŞ-sız təhlükəsizlik zəmanətləri real deyil”, – deyə Zelenski narahatlığını dilə gətirib.
Aysel Əliyeva
Globalinfo.az