Zelenski açıqladı: NATO Ukraynaya yeni hərbi yardım edəcək

“Ramşteyn” formatında keçirilən görüşdən sonra Ukrayna tərəfi NATO ölkələrindən və onların müttəfiqlərindən yeni hərbi yardım alacaq.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

“Rammşteynin növbəti iclası keçirilib. Kanada, Almaniya, Fransa, Danimarka, Estoniyadan yeni müdafiə paketləri var”, – Zelenski vurğulayıb.

O, həmçinin qeyd edib ki, İsveç və Polşa Ukraynaya əlavə hərbi yardım barədə razılığa gəliblər.