
Ermənistanda saxlanılan rusiyalı sahibkar Samvel Karapetyana bütün zəruri yardım göstəriləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama yayıb.
O qeyd edib ki, Karapetyan Rusiya vətəndaşı olaraq hər zaman səfirliyə, Rusiya tərəfinə, vəkillərə müraciət etdikdə dəstək alacaq.
Zaxarova əlavə edib ki, vəziyyəti daha ətraflı müzakirə etmək üçün konkret ittihamların və hadisələrin aydın şəkildə müəyyənləşdirilməsi vacibdir. O vurğulayıb ki, çoxsaylı iddialar mövcuddur və əvvəlcə dəqiq məlumatların ortaya çıxması lazımdır.
Qeyd edək ki, Ermənistanın Baş Polis İdarəsinin Təşkilatlanmış Cinayətkarlıqla Mübarizə İdarəsi çərşənbə günü “Taşir” şirkətlər qrupunun prezidenti və təsisçisi Samvel Karapetyanı saxlayıb. O, hakimiyyətin ələ keçirilməsi çağırışlarında ittiham olunur.
Aysel Əliyeva
Globalinfo.az