Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rusiyalı ulduzların İtaliyadakı konsertlərinin ləğv edilməsinə münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, o, KP.RU ilə söhbətində fikirlərini bölüşüb.
“İtaliyada Rusiyadan olan görkəmli beynəlxalq sənətçilərin qastrollarını ləğv etmək qərarına gələnlər öz xalqlarını və ölkələrini rüsvay edirlər. Bu, mədəniyyətsizlik və barbarlıq əlamətidir”, – Zaxarova deyib.
Qeyd edək ki, tanınmış opera müğənnisi, Rusiyanın əməkdar artisti İldar Abdrazakovun İtaliyada “Don Covanni”nin tamaşasındakı çıxışı ləğv olunmuşu. İyul ayında isə görkəmli rus dirijoru Valeri Gergievin konserti təxirə salındı.
Əliyar Xəlil
Globalinfo.az