Rusiya İrəvanı hədələdi: Xəritəni açıb baxın!

“Ermənistan NATO ilə yaxınlaşmağın nə dərəcədə təhlükəsiz olduğunu və nələrə gətirib çıxaracağını yaxşı anlamalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

XİN sözçüsü bildirib ki, İrəvan ilk növbədə milli maraqlarına nəyin daha sərfəli olduğunu başa düşməlidir:

“Xəritəni açıb Ermənistanın hansı bölgədə yerləşdiyinə, kimlərlə qonşu olduğuna baxmaq lazımdır. Bütün bu amillər analiz edilməlidir. Qərb hər kəsə vədlər verir, lakin harada hansı sözləri yerinə yetirdiyinə baxmaq lazımdır”.

Əliyar Xəlil
Globalinfo.az