Zaxarova qondarma rejimi tərəf kimi göstərdi

“Cənubi Qafqazın nəqliyyat potensialı Azərbaycan və Ermənistan arasında baş verən münaqişələrə görə tam ortaya çıxarılmadı”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

XİN rəsmisi uzun müddət davam edən münaqişələr səbəbindən regionda marşrutların açılmadığını bildirib:

“Həmçinin Gürcüstan və Abxaziya (qondarma rejim – red.) arasında ziddiyyətlərin davam etməsi də regionda nəqliyyat xətlərinin fəaliyyətinə mənfi təsir edir. Mövcud keçid məntəqələrinin, o cümlədən “Yuxarı Lars”ın imkanlarının artırılması istiqamətində işlər aparılır. Biz regionun bütün ölkələrinin maraqlarının qorunmasına uyğun olaraq yolların açılmasının tərəfdarıyıq”.

Ayşən Mustafa
Globalinfo.az