
Gürcüstanla Avropa Birliyi münasibətlərinə gələn həftə Brüsseldə aydınlıq gətirəcək.
Globalinfo.az xəbər verir ki, bunu Avropa Birliyinin Gürcüstandakı səfiri Pavel Qerçinski deyib.
Onun sözlərinə görə, Gürcüstanla münasibətlər əvvəl XİN başçıları, daha sonra isə liderlər səviyyəsində müzakirə ediləcək. O yalnız bundan sonra konkret qərarların qəbul olunacağını bildirib:
“Böyük ağrı ilə deməliyəm ki, münasibətlərimizin çətin mərhələsindəyik. Dəfələrlə demişik ki, xarici təsirin şəffaflaşdırılması haqqında qanunun qəbulu münasibətlərə pis təsir göstərəcək. Təəssüf ki, bu baş verdi”.
Qeyd edək ki, bundan öncə Gürcüstan xarici agentlər haqqında qanunu qəbul edib. Qanuna bütün Qərb dünyası, gürcü müxalifəti və QHT-lər qarşı çıxıb. ABŞ isə Gürcüstanın bir sıra rəsmilərinə qarşı viza məhdudiyyəti tətbiq edib.
Əliyar Xəlil
Globalinfo.az