2fcd3276 5ded 3d7c a8be c3a751556a3d 850

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə Milli Müdafiə universitetləri arasında keçiriləcək Yüksək Dialoq İclasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan qardaş ölkənin Milli Müdafiə Universitetinin (MMU) rektoru professor Ərhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Globalinfo.az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, qonaqlar əvvəlcə Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, xatirələrinə ehtiram nümayiş etdiriblər. Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını və Türk şəhidliyini ziyarət edərək gül dəstələri düzüblər.

Müdafiə Nazirliyində keçirilən görüşdə qonaqları salamlayan nazir onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan ilə Türkiyə arasında mövcud hərbi əməkdaşlığın bütün istiqamətlərdə olduğu kimi hərbi təhsil sahəsində də davam və inkişaf etdirildiyini ifadə edib.

Professor Ə.Afyoncu öz növbəsində göstərilən səmimi münasibətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib, ölkəmizdə səfərdə olmaqdan məmnunluğunu ifadə edib. Qonaq elm və təhsil sahələrində əlaqələrimizin hər iki qardaş ölkə ordularının müasir milli kadr potensialının qüdrətlənməsinə müsbət təsirini diqqətə çatdırıb.

Daha sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev qonaqlarla görüşərək keçiriləcək Yüksək Dialoq İclasının hər iki ölkənin hərbi təhsil ocaqlarına qarşılıqlı faydalarından danışıb, eləcə də ölkələrimiz arasındakı hərbi təhsil sahəsindəki əməkdaşlığın cari vəziyyəti və gələcəkdə daha da genişləndirilərək inkişaf etdirilməsi üzrə məsələləri müzakirə edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran bir sıra mövzulara dair geniş fikir mübadiləsi aparılıb.

472390d9 2b72 3153 8870 ccb8d64459ee 850 fa8b05b9 ef93 347c 9b99 fb3af62fd19f 850 5d52303f eaab 38ca 95f7 4f9f825df651 850 71110982 dd3c 3fbe baa0 d593fe0abfd3 850 c8f47310 3c07 324b b820 afe49b3bb671 850 c632b386 0ba8 3181 943c bebeec830114 850

***

Azərbaycan Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülov Azərbaycan-Türkiyə MMU-ları arasında keçirilməsi planlaşdırılan Yüksək Dialoq İclasında iştirak etmək məqsədi ilə ölkəmizdə səfərdə olan qardaş ölkənin MMU rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Globalinfo.az-a bildirilib ki, qonaqları salamlayan general-mayor G.Əbdülov universitetin təhsil sistemi və tədris prosesi, rəqəmsal sistem vasitəsi ilə MMU-nun tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydaları və statistikası, eləcə də perspektivdə nəzərdə tutulan planlar haqqında məlumat verib. Dövlət başçımızın hərbi təhsil sisteminin inkişafına göstərdiyi qayğıdan, Azərbaycan Ordusunda peşəkar kadrların hazırlanması istiqamətində həyata keçirilən tədbirlərdən söhbət açıb.

Bu cür görüşlərin hərbi təhsil sahəsində əlaqələrimizə müsbət töhfə verdiyini vurğulayan professor E.Afyoncu qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə çatdırıb.

Universitetlərin rəhbər heyətləri arasında keçirilən görüşdə hər iki qardaş ölkənin hərbi təhsil sahəsində əməkdaşlığının daha da genişləndirilməsi məqsədilə görülən işlər, perspektiv planlar, eləcə də maraq kəsb edən digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Türkiyəli qonaq görüşün sonunda universitetin xatirə kitabına ürək sözlərini yazıb.

af50ee53b3455c6081a0242847a9f3cf 1

Paylaş: