Zahid Orucu o əvəz edəcək

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası prezidentliyinə namizədliyi qeydə alınan Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri kimi vəzifəsinin icrasını dayandırıb.

Mərkəzdən Globalinfo.az-a bildirilib ki, STM-in sədri vəzifəsi mərkəzin İdarə Heyətinin üzvü Elşad Mirbəşiroğluna həvalə edilib.