Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 211 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 94, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 60, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 20 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 950 435, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 404 649, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 297, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 400 766, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 723 nəfər təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

X X X

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 53 yeni yoluxma faktı qeydə alınıb, 32 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 6 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 783 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 418 nəfər müalicə olunaraq sağalıb, 10 135 nəfər vəfat edib, aktiv xəstə sayı 230 nəfərdir.

Ölkədə son sutka ərzində 1 664, hazırkı dövrədək isə 7 534 623 test aparılıb.

Azərbaycanda daha 53 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib