Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 434 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 246, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 138, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 34, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 16 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 959 861, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 410 335, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 719, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 675, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 132 nəfər təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

X X X

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 71 yeni yoluxma faktı qeydə alınıb, 73 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 199 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 762 nəfər müalicə olunaraq sağalıb, 10 223 nəfər vəfat edib, aktiv xəstə sayı 204 nəfərdir.

Ölkədə son sutka ərzində 1 585, hazırkı dövrədək isə 7 585 820 test aparılıb.

Azərbaycanda daha 71 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib