“Moskva ABŞ və İran arasında danışıqların davam etdirilməsini dəstəkləyir və bu münaqişədə heç bir halda yenidən hərbi əməliyyatlara qayıtmağın tərəfdarı deyil”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Rusiya istənilən halda danışıqların və atəşkəsin davam etməsini alqışlayır.
“Heç bir vəziyyətdə döyüş əməliyyatlarına qayıtmaq olmaz. Bu, nə tərəfdaşımız olan İranın, nə Hörmüz boğazı ölkələrinin, nə də qlobal iqtisadiyyatın maraqlarına uyğundur”, – Peskov bildirib.
Jurnalistlərin, “Danışıqlar üçün platforma kimi Rusiyanın təklif edilməsi mümkündürmü?” sualına Peskov belə cavab verib:
“Bu məsələ kifayət qədər mürəkkəbdir və əvvəlcədən ciddi şəkildə işlənməlidir. Kimlərsə razılaşa bilər və ya əksinə olması mümkündür. Hər hansı təklif irəli sürülməzdən əvvəl o, ətraflı şəkildə hazırlanmalıdır”, – deyə Putinin sözçüsü vurğulayıb.
Əliyar Xəlil