Yeni ildə ilk zəngini Zelenskiyə etdi, bunları dedi

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen cari ildə ilk telefon zəngini Ukrayna Prezidenti Vladimir Zelenskiyə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Feysbuk səhifəsində məlumat yayıb.

Telefon danışığı zamanı Leyen Ukraynaya AB-nin maliyyə yardımının davam etdiriləcəyini vəd edib. O, tezliklə 18 milyard avroluq yardımdan aylıq tranşların verilməyə başlanacağını vurğulayıb.

Leyen AB-nin Ukraynanı nə qədər lazımdırsa, o qədər dəstəkləyəcəyini də deyib.