sana 1

“Politico” nəşrinin verdiyi məlumata görə, ABŞ və İsrail Tehranın hücumuna cavab olaraq, Yəmən və Suriyaya, oradakı İran yönümlü qüvvələrə və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bölmələrinə hücum imkanlarını müzakirə edirlər.

Bu realdırmı? Proses baş verərsə, İran açıq müharibəyə başlaya bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov xatırladıb ki, aprel ayında İsrail Suriyada İranın konsulluğunu vurdu və Tehran buna cavab olaraq birbaşa zərbə endirdi:

“Bu zərbəni Tehran ABŞ-la məsləhətləşib elə formada keçirdi ki, burada demək olar ki, tələfat olmadı. Yəni nəzarət olunan zərbə idi. Bu ingilis dilində “face saving” adlanan üzünü qorumaq əməliyyatı idi. İran özünü qorumaq üçün ABŞ bu imkanı onlara yaratdı. Məsləhətləşmiş formada prosesi həyata keçirdilər. İndi Ağ Ev İsrailin özünü qorumaqla məşğuldur. Yaxşı anlayırlar ki, İsrail İran ərazisinə birbaşa zərbə endirsə, Tehran da öz növbəsində cavab verməli olacaq”.

Ferhad Memmedov

Fərhad Məmmədov

Politoloqun sözlərinə görə, ABŞ hazırda İran-İsrail müharibəsində maraqlı deyil:

“Ona görə də dövlətçiliyi zəif olan Suriya, İraq, Livan və s. kimi dövlətlərin ərazilərində İrana məxsus infrastruktura, İran yönümlü qüvvələrə zərbə endirilməsinə çalışırlar. Bu zaman İranın birbaşa ərazisinə toxunulmadığından cavab verməyəcək. İran ərazisinə İsrail zərbə endirərsə, ABŞ ona kömək edəcək. Bu da Tehrana və SEPAH-a qonşu ölkələrdə yerləşən ABŞ infrastrukturuna zərbələr endirməsinə imkan verəcək. Sözügedən proses müharibənin yeni və daha üstün səviyyəyə qədəm qoymasına səbəb olacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: