Yaponiyanın şimal-şərqində 5.1 bal gücündə zəlzələ baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Bildirilir ki, zəlzələnin episentri İvate prefekturası ərazisində, ocağı isə 60 km dərinlikdə yerləşib.
Zərərçəkənlər və ya dağıntılar barədə məlumat daxil olmayıb.