Yaşar Gülər Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verdi

Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər millət vəkili Qənirə Paşayevanın vəfatı ilə bağlı baş sağılığı verib.

Globalinfo.az xəbər verir ki, Türkiyə Milli Müdafiə nazirliyi Gülərin başsağlığını paylaşıb.

Paylaşımda qeyd olunur:

“Azərbaycanlı millət vəkili Qənirə xanım Paşayevanın vəfatını böyük kədərlə öyrəndik. Türk dünyasına sevgisi ilə tanıdığımız, son nəfəsinə qədər Türkiyə və Azərbaycan qardaşlığını hayqıran mərhum Qənirə Paşayevaya Allah rəhmət eləsin, qardaş Azərbaycan xalqına başsağlığı və səbr diləyirik”.

Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva bu gün müalicə olunduğ Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

Əliyar Xəlil
Globalinfo.az