Yasamalda çoxmərtəbəli binada yanğın: xəsarət alanların son durumu – VİDEO

1716408243 yangin 122

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 28.01.2025-ci il tarixində saat 18:03-də Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub”.

Globalinfo.az xəbər verir ki, bu TƏBİB-dən bildirilib.

Məlumata görə, çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub.

Ümumilikdə 4 nəfərin tibbi xidmətə müraciəti qeydə alınıb.

Təcili tibbi yardım briqadası tərəfindən 19 yaşlı şəxs (cinsi kişi) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub.

Digər 3 nəfərə isə yerində tibbi yardım göstərilib.

***19:33

Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Globalinfo.az xəbər verir ki, həyata keçirilən operativ tədbirlər sayəsində onaltımərtəbəli yaşayış binasının şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın zamanı 3 nəfər xilas olunub, 12-si uşaq olmaqla 36 nəfər bina sakini təxliyə edilib.

Yanğın nəticəsində binanın 10-cu mərtəbəsindən 15-ci mərtəbəsinə kimi şaxta boyunca elektrik kabelləri yanıb.

Mənzillər yanğından mühafizə olunub.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Globalinfo.az xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.