Yarım milyon israilli ayağa qalxdı: Netanyahudan nələr tələb olunur?

Paytaxt Təl-Əvivdə 500 mindən çox israilli nümayiş keçirib.

Globalinfo.az xəbər verir ki, onlar Qəzza zolağında saxlanılan girovların tezliklə azad edilməsini və İsraildə erkən seçkilərin keçirilməsini tələb edirlər.

Eyni vaxtda Qüds, Hayfa, Kfar Saba, Beer Şeva, Netanya, Rehovot və Rişon LeZionda oxşar tələblərlə kütləvi aksiyalar keçirilib. Etirazlara on minlərlə israilli qoşulub.

Təşkilatçıların sözlərinə görə, Təl-Əvivdə keçirilən nümayiş insan sayına görə bütün dövrlərin ən böyük tədbiri olub.

Polis nümayişi qanunsuz elan edib və bir neçə etirazçı saxlanılıb. Nümayişçilərdən bəziləri Benyamin Netanyahu hökumətinin dərhal istefasını və İsraildə mümkün qədər tez erkən seçkilərin keçirilməsini tələb edib.

Müşviq Tofiqoğlu
Globalinfo.az