db58479e 8697 4c71 a4b9 ae540d16ed59

Ermənistanda Azərbaycan sərhədində nümayiş olunan “yardım şousu” ilə bağlı suallar müzakirə olunur:

Yardımı niyə əvvəl yox, indi göndərirlər?

Ermənistan hakimiyyəti yüklərin keçidinə dair sülhməramlılardan dəqiq zəmanət almadan bu addımı niyə və hansı məqsədlə atıb?

Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, bu suallar ətrafında birdən çox versiyalar mövcuddur:

“Birinci versiya: Ermənistan diplomatik cəbhədə məğlub olduğunu anladıqdan sonra son variant kimi bu addımı atır;

İkinci versiya: Qarabağda yaranmış vəziyyət Ermənistan hakimiyyətinə qarşı narazılığı artırdığı üçün Paşinyan əlindən gələni etdiyini nümayiş etdirir: daha sonra “hər şeyi etdim, amma qərar verən Azərbaycandır, ona görə də təkliflərini qəbul etməliyik” deyəcək;

Üçüncü versiya: “yardım” əməliyyatının təşkilatçısı Qərbdir və bununla Rusiya sülhməramlılarının bölgədə problemləri həll edə bilmədiyini göstərmək, onları beynəlxalq vasitəçilərlə əvəzləmək ssenarisini aktuallaşdırmaq istəyirlər; Laçın postunun açılması çağırışlarının daha çox Qərbdən gəlməsi də bu kontekstdə diqqətçəkən məqamlardandır;

Dördüncü versiya: “yardım şousu”nun təşkilatçısı Rusiyadır; Moskva görüşündə nəzəri olaraq Bakının gündəliyini qəbul edən ruslar praktiki müstəvidə bunun mümkünsüzlüyünü nümayiş etdirmək, beynəlxalq təzyiqlə Laçın postunun açılmasına, beləliklə, reinteqrasiyanın önünün kəsilməsinə nail olmaq üçün İrəvanla birgə oyun qurur;

Hər bir versiya ayrı-ayrılıqda mümkün görünür, lakin nəticəyə təsiri yoxdur: Bakı yüklərin daşınması üçün Ağdam-Xankəndi yolundan istifadə edilməsi mövqeyində israrlıdır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: