xezertv nin binasi

Bakı şəhər, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsində günorta saatlarında baş verən yanğın zamanı yaxınlıqda yerləşən “Xəzər” TV-də təxliyə həyata keçirilib.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, TV işçilərinə təhlükəsizlik məqsədilə üç-dörd saat müddətinə qaraja girmək qadağan edilib.

Buna görə televiziya binasının qarşısında post quraşdırıblar.

Həmçinin, bildirilib ki, TV-nin əmlakına ziyan dəyməyib, işçilər isə taksi və ya avtobusla evlərinə gedəcəklər. TV-nin yayımı ştat rejimində davam edir.

Hazırda yanğın söndürülüb, soyutma işləri aparılır.

@oxuazBakıda güclü yanğın zamanı “Xəzər” TV-yə ziyan dəyib?♬ оригинальный звук – Oxu.az Son Xəbərlər


Bakıda güclü yanğın zamanı "Xəzər" TV-yə ziyan dəyib?

***15:13

Bakının Xətai rayonu Süleyman Əhmədov küçəsində baş verən güclü yanğına görə “Xəzər” TV-nin binası boşaldılıb, işçilər təxliyə olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Xəzər” TV-nin sosial şəbəkə hesabında məlumat yayılıb.

Qeyd edək ki, sözügedən ünvanda günorta saatlarında başlayan yanğın məhdudlaşdırılıb.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

***14:07

Xəbər verdiyimiz kimi, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın hadisəsi baş verib.

Globalinfo.az Olay-a istinadən bildirir ki, Xəzər Media Mərkəzinin binasının qonşuluğunda olan yanğına görə, kanalda evakuasiya prosesi başlayıb.

Həmçinin, bu səbəbdən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Xətai rayonu, Süleyman Əhmədov küçəsində, Xəzər Media Mərkəzinin binasının qonşuluğunda baş verən yanğın nəticəsində zəhərlənənlər var.

Bu barədə Axar.az-a “Xəzər” TV-nin əməkdaşı məlumat verib.

Paylaş: