1686574876 leysan

Sabah leysan olacaq, dolu düşəcək.

Bu barədə Globalinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 27-si gündüzdən 28-i axşamadək bəzi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

Paylaş: