Xocalı qatili Ermənistandan qaçdı – Müəmma

Ermənistanın eks-prezidenti Robert Köçəryan Almaniyaya gedib.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti yayıb.

Qəzet onun səfəri haqqında ziddiyyətli məlumatların olduğunu bildirib. Üstəlik, Köçəryanın Ermənistandakı hadisələrin qızğın dönəmində niyə ölkəni tərk etdiyi açıqlanmayıb. Bəzi mənbələr onun səhhəti ilə əlaqədar İrəvanı tərk etdiyini yazsalar, yaxınları eks-prezidentin sağlığında heç bir problemin müşahidə edilmədiyini söyləyiblər. Ümumilikdə Köçəryanın Almaniyada iki ay qalacağı planlaşdırılıb.

Qeyd edək ki, təəccüb yaradan məqam Köçəryanın Ermənistanı haqqında cinayət işinin olduğu müddətdə tərk etməsidir. Belə ki, eks-prezidentin məhkəmə prosesi dalana dirənsə də, böyük fasilələrlə davam edir.

Ən maraqlı nüans isə erməni iqtidarının son bir neçə ayda xüsusilə Köçəryana yaxınlığı ilə bilinən kadrlara cinayət işlərini aktivləşdirməsidir. Bu da öz növbəsində Paşinyan administrasiyasının Köçəryan üzərinə diqqəti yavaş-yavaş artıracağı ehtimallarını gücləndirir. Görünür, Köçəryan məhz indi ölkədən çıxmaqla özünü təhlükəsizlik altına almağa çalışır.

İlkin Həsənov
Globalinfo.az