d4fd05f86d114ce

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) donanmasına yeni əlavə edilən “Handysize” tipli “Xocalı” gəmisinin ilk səfəri uğurla yekunlaşıb.

Globalinfo.az ASCO-ya istinadən xəbər verir ki, gəmi Cənubi Koreyanın “Bukpyung” limanından qəbul etdiyi 30 min 800 ton sement yükünü Amerika Birləşmiş Ştatlarının “Portland” limanına çatdırıb, artıq yük gəmidən boşaldılıb.

20 gün davam edən səfər çərçivəsində “Xocalı” ümumilikdə 8 390 kilometr məsafə qət edib.

Bu səfərlə Azərbaycanın gəmiçilik tarixində ilk yaşanıb. Belə ki, “Xocalı” müstəqil Azərbaycan bayrağı altında ABŞ limanına yan alan ilk gəmi olub.

Qeyd edək ki, “Xocalı” bu ilin may ayında Çində istismara verilib. Ümumilikdə 38 min 593 ton yükgötürmə imkanına malik olan gəminin uzunluğu 180 metr, eni 30 metr, bortunun hündürlüyü 15 metr, suya oturumu 10,47 metr, maksimum sürəti 15,7 knotdur. Suya oturumu maksimum yük götürməklə, onun bir çox dayaz limanlara belə rahatlıqla daxil olmasına şərait yaradır.

“Xocalı” Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri rəhbər tutularaq hazırlanan və ASCO-nun Müşahidə Şurasının qəbul etdiyi Gəmiçiliyin Strateji İnkişaf Proqramı çərçivəsində alınan “Handysize” tipli ilk gəmidir.

9a3f5ea7 99c3 4506 8206 15ff83602fab bc81aa46 8b72 489f a4d9 5ca897f2efbe f3bb58be d6b2 4925 96a2 ebde5b7464e4

Paylaş: