ABŞ Prezidenti Donald Tramp Braziliya Prezidenti Luis İnasio Lula da Silva ilə danışacağını bildirib və ölkədə keçirilən prezident seçkilərini tənqid edib.
Globalinfo.az xəbər verir ku, bu barədə ABŞ lideri öz sosial şəbəkə hesabında yazıb.
“Onunla danışacağam. Hesab edirəm ki, Braziliyada keçirilən seçkilər biabırçılıq idi”, – deyə Tramp bildirib.
Seçkilərdə kimi qalib hesab etdiyi barədə suala cavabında Tramp hələlik bu məsələni şərh etmək istəmədiyini deyib. Bununla belə, o, seçkiləri Braziliya xalqı üçün “dəhşətli biabırçılıq” adlandırıb.
“Seçkiləri izləyirdim. Heç kimin tərəfini tutmadım. Hazırkı prezident məndən heç kimin tərəfini tutmamağı xahiş etmişdi. Sadəcə, onların bazarına baxın. Bazar ən aşağı səviyyəyə düşüb”, – deyə ABŞ prezidenti vurğulayıb.
Əliyar Xəlil