Qətər İsraildəki parlament seçkilərinə müdaxilə və onların nəticələrinə təsir göstərməyə yönəlmiş fəaliyyətlərin maliyyələşdirilməsi ittihamlarını qəti şəkildə rədd edir.
Globalinfo.Az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.
“Doha İsrail siyasətçilərini öz siyasi uğursuzluqlarına görə Qətəri günahkar etməməyə çağırır”, – o bildirib.
Əl-Ənsari vurğulayıb ki, bəzi İsrail siyasətçiləri və onlarla əlaqəli media nümayəndələri seçkilərdən sonra yaranan daxili siyasi mübahisələrə Qətəri cəlb etməyə çalışaraq, yeni bir dezinformasiya kampaniyasına başlayıblar.
Qeyd edək ki, bülletenlərin 97,5 faizinin sayılmasından sonra Netanyahu Bloku 53, Ayzenkot Bloku 48, ərəb partiyaları isə 19 mandat qazanıb. Bloklardan heç biri hökumət qurmaq üçün 61 mandat əldə edə bilməyib.
İsrail mediası Qətəri və Türkiyəni İsraildə seçkilərə müdaxilədə ittiham edib.