erdogan eliyev semimi 1

Bu gün Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümüdür. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib. Bundan başqa, Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Bakıda qurucu lider Mustafa Kamal Atatürkün heykəlini ziyarət edib, Azərbaycan Xarici İşlər Nazirliyi də Türkiyəni təbrik edib.

Xarici işlər naziri Ceyhun Bayramov isə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının Ankarada keçiriləcək 13-cü iclasında iştirak etmək üçün Türkiyəyə səfər edib. Son zamanlarda iki ölkə arasında müşahidə olunan gərgin vəziyyət fonunda bu addımlar diqqət çəkir.

Globalinfo.az-a danışan politoloq Turab Rzayev bildirib ki, Türkiyə və Azərbaycan bir-birinin təbii müttəfiqləridir:

“Demək olar ki, iki ölkənin tarixi, əhalisi, adət-ənənələri birdir. Ulu öndərin dediyi kimi, biz bir millət, iki dövlətik. Ona görə də iki ölkə arasında tarixin heç bir dönəmində kritik ayrılıq və qırılma baş verə bilməz.

Lakin burada bir məqamı anlamaq lazımdır: Azərbaycan və Türkiyə eyni millət olsa da, iki ayrı dövlətdir. Hər dövlətin müəyyən xarici və daxili siyasəti digərininki ilə eyni olmaya bilər.

Turab rzayev 2 e1755852093568 900x575 2
Turab Rzayev

Son 30 ildən artıq müddətdə bunun dəfələrlə şahidi olmuşuq. Ola bilər ki, əvvəllər iki ölkə arasında fikir ayrılıqları o qədər də nəzərə çarpmayıb, lakin hazırda bu fərqlər özünü göstərir. Məsələn, Ermənistanla Türkiyə arasında yaxınlaşma buna nümunə ola bilər. Azərbaycanın bu məsələyə baxışı fərqlidir. Bizim öz yanaşmamız və şərtlərimiz var.

Ancaq bu, Azərbaycanın Türkiyənin təbii müttəfiqi olmasını və Şuşa Bəyannaməsi ilə təsdiqlənən strateji hərbi müttəfiqlik reallığını ikinci plana keçirmir. İki ölkə liderinin qarşılıqlı zəngləşməsi və bir-birini təbrik etməsi də bu baxımdan normal qarşılanmalıdır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: