XİN rəhbərləri regional məsələləri müzakirə etdi

İyunun 10-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.

XİN-dən Globalinfo.az-a verilən xəbərə görə, telefon danışığı zamanı nazirlər iki ölkə arasında ikitərəfli müttəfiqlik münasibətlərinin müxtəlif aspektləri üzrə görülən işləri və regional məsələləri müzakirə ediblər.

X X X

Türkiyə xarici işlər naziri Hakan Fidan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən diplomatik mənbələr bildirib.

Məlumata əsasən, Hakan Fidanla Ceyhun Bayramovun telefon danışığı zamanı ikitərəfli və regional məsələlər müzakirə olunub.