wr 960

Dağıstanın paytaxtı Mahaçqalada növbəti atışma baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Mash” Teleqran kanalı məlumat yayıb.

Məlumata görə, atışma Mahaçqaladakı universitet meydanında baş verib.

Şahidlər bildirirlər ki, Korkmasov küçəsində azı 5 güllə səsi eşidiblər. Hazırda ərazidətəhlükəsizlik qüvvələri işləyir.

Yerli Telegram kanallarının məlumatına görə, polis Respublika Tibb Mərkəzinin yaxınlığındakı ərazini mühasirəyə alıb. Yaxınlıqdakı binalardan insanlar təxliyə edilir.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: