Hizbullahla müharibə başlasa, İsrail bu addımı atacaq – KİV

 

fc8a9e672be36d2671abe577a7f5eff7

“Hizbullahla genişmiqyaslı müharibə olacağı təqdirdə İsrail “Starlink”dən istifadə edəcək”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Calcalist” iqtisadi qəzeti məlumat dərc edib.

Məlumatda deyilir ki, Livanın Hizbullah hərəkatı ilə İsraildə elektrik enerjisinin kəsilməsinə səbəb olacaq potensial tammiqyaslı müharibə vəziyyəti yaransa, o zaman Təl-Əviv internet bağlantısını qorumaq üçün Elon Maskın Starlink xidmətindən istifadə edəcək.

Qeyd edək ki, fevral ayında rabitə naziri Şlomo Karhi “SpaceX”in peyk bölməsi olan Starlink-ə İsrail və Qəzza zolağında fəaliyyət göstərməyə icazə verib.

KİV yazır ki, ölkənin şimalında genişmiqyaslı müharibə İsrailin elektrik şəbəkələrinə və digər infrastrukturlarına raket hücumlarına səbəb ola bilər.

Müşviq Tofiqoğlu
Globalinfo.az