XİN: Mina qurbanlarının sayı 337-yə çatıb

Bu gün 1960-cı il təvəllüdlü Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində xəsarət alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında bildirilib.

Bildirilib ki, mina qurbanlarının sayı 337-yə çatıb. Bu faciə Ermənistanın yaratdığı mina təhlükəsinin dəhşətlərini bir daha sübut edir.