XİN başçıları Almatıda nələri müzakirə edəcəklər?

Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşündə hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması müzakirə olunacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, gündəliyə tərəflərin öhdəliklərinin təsdiqi, eləcə də regional nəqliyyat infrastrukturu və ticarət marşrutlarının bərpası ilə bağlı məsələlər də daxil edilib.