Xəstəxanaya yerləşdirilən meyxanaçının son durumu açıqlandı

“Xəyyamın vəziyyəti yaxşı deyil. Ürək döyüntüsü artmalıdır ki, əməliyyat oluna bilsin”.

Bu sözləri Globalinfo.az-a meyxanaçı Mehman Əhmədli həmkarı Xəyyam Əhmədlinin səhhəti ilə bağlı danışarkən deyib.

O, həmkarının insult keçirdiyini bildirib:

“Xəyyamın şəkəri də yüksəkdir. Bundan başqa, ciyərlərinə də su yığılıb. Allahın izni ilə onu aradan qaldıracaqlar. Hazırda müalicələri davam etdirilir. Ürək döyüntüsü artan kimi, açıq ürək əməliyyatı edəcəklər”.

Zaira Akifqızı
Globalinfo.az