Xankəndidəki bu rüsvayçı abidə söküldü – FOTO

Xankəndidə bolşevik liderlərdən olan erməni Stepan Şaumyanın heykəli sökülüb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib.

Qeyd edək ki, 1918-ci ildə yaradılan Bakı Sovetinin rəhbəri Stepan Şaumyan həmin ilin 31 martında da soyqırımın təşkilatçılarından olub. Onun rəhbəri olduğu Bakı Soveti Daşnaksutyun Partiyasının hərbi dəstələri ilə birləşərək Bakıda, Qubada, Lənkəranda azərbaycanlıları qətlə yetiriblər.