Xankəndidə xeyli silah-sursat aşkarlandı

Xankəndi şəhərindən xeyli sayda silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Globalinfo.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 9-da Xankəndi şəhəri ərazisində 11 ədəd qumbara, 17 ədəd müxtəlif markalı avtomat silahı, 2 ədəd tapança, 10 ədəd tüfəng, 12 ədəd alışdırıcı, 84 ədəd patron darağı, 2 ədəd patrondaş, 12 ədəd süngü-bıçaq, 6635 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.