Xankəndidə vəzifəyə “təyin edilən” erməni onu məhkəməyə verdi

Qarabağdakı keçmiş qondarma rejimin nümayəndələrindən Sərkis Qaltsyan Xankəndiyə nümayəndə “təyin olunması” ilə bağlı məlumat yayan jurnalisti məhkəməyə verib.

Globalinfo.az xəbər verir ki, bu barədə onun qardaşı David Qaltsyan məlumat yayıb.

O bildirib ki, jurnalist Tatul Hakopyan antiterror əməliyyatlarından sonra Qaltsyanın Bakı tərəfindən Xankəndidəki ermənilərin nümayəndəsi təyin edilməsi ilə bağlı saxta informasiya yayıb. Sözügedən məlumatı onun ailəsi və yaxınları təkzib etsələr də, jurnalist iddiasının yalan olduğunu açıqlamayıb.

Qaltsyan qardaşının Xankəndidə ermənilərlə birlikdə təhlükəsiz şəraitdə yaşadığını deyib.

Ayşən Mustafa
Globalinfo.az