Xankəndinin keçmiş qondarma “meri” David Sərkisyanın avtomobili müsadirə olunub.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Belə ki, nəqliyyat vasitəsi qanunsuz əldə edilmiş əmlak kimi Sərkisyandan alınıb.
Xatırladaq ki, David Sərkisyan mayın 27-də 20 sutka müddətinə həbs edilib. Təhlükəsizlik qüvvələri onun evində axtarış aparıb, bundan sonra o və daha 3 nəfər dələduzluqda və 4 avtomobil oğurluğunda ittiham olunub.