“İran xalqı narahat olmasın, ölkənin işində heç bir axsama yaşanmayacaq”.
Globalinfo.az xəbər verir ki, bunu İranın ali rəhbəri Seyid Əli Xamenei deyib.
Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun ailələri ilə görüşündə ölkə prezidenti və rəsmilərini daşıyan helikopterin qəzaya uğramasına münasibət bildirib.
“Ümid edirik ki, uca Allah prezidenti və onun yoldaşlarını millətinə qaytaracaq”, – o, qeyd edib.
Qeyd edək ki, hazırda axtarışlar davam edir.
Ayşən Mustafa
Globalinfo.az