Xalq artistinin xanəndə qardaşı vəfat etdi

Xalq artist Mələkxanım Eyubovanın qardaşı, xanəndə Əliyaqub İsrafilov vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə M.Eyubova məlumat yayıb.”Böyük kədər hissi ilə bildirirəm ki, bu gün mən ata əvəzi, böyük qardaşım, elimizin-obamızın tanınmış xanəndəsi Əliyaqubu itirdim. Allah rəhmət eləsin. Torpağı nurla dolsun”.
Qeyd edək ki, Ə.İsrafilov tanınmış müğənni Ramal İsrafilovun atasıdır.

Zaira Akifqızı Globalinfo.az