Xalq artisti: “İlham Əliyev həmişə prezident seçiləcək”

“Elə bir adam yoxdur ki, cənab İlham Əliyevdən yaxşı prezident olsun. İlham Əliyevin gördüyü işlərə, hərtərəfli fəaliyyətinə görə ona alternativ yoxdur. Əliyev seçiləcək. Mən də ona səs verəcəyəm”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib.

R.Balayev 7 fevral növbədənkənar prezident seçkilərinə namizədliklərini irəli sürənlərə isə belə deyib: “Namizədliklərini irəli sürənlər elə-belə, havayı şeydir. Bugünkü reallıq budur ki, İlham Əliyevdən başqa prezidentliyə heç bir namizəd ola bilməz”.

O, dövlət başçısı İlham Əliyevin ömürlük prezident seçilməsi barədə fikirlərə də münasibət bildirib: “Niyə ömürlük olsun? Birdəfəlik Prezident olsa, onda dünya ictimiayyətində belə fikir yaranar ki, Azərbaycanda totalitarizmdir. Prezident seçkiləri yeddi ildən bir keçiriləcək, həmişə də İlham Əliyev seçiləcək…”