Xaçmazda nişanlı gəncin asılmış meyiti tapıldı

Xaçmaz rayonunun Kiçik Baraxum kəndində fərdi evlərin birinin həyətində 27 yaşlı kişi meyiti tapılıb.

Globalinfo.az APA-a istinadən xəbər verir ki, meyitin həmin evdə yaşayan 1997-ci il təvəllüdlü Taleh Fikrət oğlu Əkbərova məxsus olduğu məlum olub.

Onun meyiti meyvə ağacından asılmış formada aşkar edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Taleh Ələkbərovun nişanlı olduğu, rayondakı yanacaqdoldurma məntəqələrinin birində işlədiyi bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.