Vətən müharibəsindən sonra neçə nəfər mina qurbanı olub?

Vətən müharibəsindən sonra 314 nəfər mina qurbanı olub, onlardan 61-i həlak olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Xocavənddə mina terroru nəticəsində mülki şəxslərin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının həlak olması barədə yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə mina qurbanlarının sayı 314 nəfərə çatıb, onlardan 61 nəfər həlak olub.