Vətən müharibəsi qazisi vəfat etdi – FOTO

Vətən müharibəsi qazisi Azər Ağazadə vəfat edib.

Globalinfo.az bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Lənkəranın Şıxakəran kəndindən olan qazimiz Qubadlı, Zəngilan, Füzuli və Xocəvəndin azad olunmasına görə medalları ilə təltif olunub.