
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul üçün nəzərdə tutulan vəsaitlərin kimlər tərəfindən mənimsənildiyini gündəmə gətirib.
Globalinfo.az xəbər verir ki, o bu barədə Bağcılar Doğum və Uşaq Xəstəlikləri Xəstəxanasının açılış mərasimində çıxışı zamanı danışıb.
“İstanbul üçün xərclənməli olan vəsaitlərin kimlərə peşkeş çəkildiyi, kimlərin cibinə getdiyi, kimlərin bu yolla varlandığı bir-bir ifşa olunur”, – o bildirib.
Prezident Ərdoğan həmçinin ölkədə səhiyyə xidmətlərinin genişləndirilməsi istiqamətində atılan addımlarla bağlı da danışıb:
“Bu il 16 fərqli sahə üzrə xidmət göstərəcək daha 100 Sağlam Həyat Mərkəzini istifadəyə verməyi planlaşdırırıq”.
Onun sözlərinə görə, hazırda Türkiyədə 2 milyon 840 mindən çox vətəndaş evdə səhiyyə xidməti ilə əhatə olunub.
Aysel Əliyeva
Globalinfo.az