vns 1 1

Venesuelada güclü zəlzələ qurbanlarının sayı artaraq 5 346 nəfərə çatıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının (parlamentin) rəhbəri Xorxe Rodri1es özünün “Telegram” kanalında məlumat yayıb.

Onun açıqladığı gündəlik hökumət hesabatının məlumatlarına görə, 16 740 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, daha 17 265 vətəndaş evsiz qalıb. 190 tikili tamamilə dağılıb, 856 obyektdə isə ciddi dağıntılar qeydə alınıb. Xilasetmə işləri çərçivəsində 6 462 nəfəri xilas etmək mümkün olub, 39 567 zərərçəkən müalicə müəssisələrində tibbi yardım alıb. 128 324 ailəyə dəstək göstərilib, 23 122 nəfər 107 müvəqqəti yaşayış məntəqəsinə yerləşdirilib, ehtiyacı olanlara 10 964,97 ton ərzaq çatdırılıb.

Yeraltı təkanlar Venesuelada iyunun 24-ü axşam saatlarında baş verib. Təxminən 40 saniyə fasilə ilə 7,2 və 7,5 maqnitudalı iki zəlzələ qeydə alınıb. Episentrlər Yarakuy ştatının ərazisində bir-birindən 10 km məsafədə yerləşib. Əsas zəlzələnin ardınca 1 405 təkan qeydə alınıb.

Paylaş: