“Vaşinqton Bəyannaməsinin müəllifi və prosesi bu səviyyəyə gətirən məhz Prezident İlham Əliyevdir”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin növbədənkənar iclasında deputat Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev Azərbaycan xalqının taleyüklü probleminə son qoydu:
“Prezident bu proses üçün böyük yol qət edib. 2020-ci ildən sonra Avropa Şurası Parlament Assableyasında və ya digər qurumlarda ərazi bütövlüyümüzün təmin olunması istiqamətindı nə qədər bəyanatlar səsləndirilib. Vaşinqton sənədi bu ədalətsiz qərarların üzərindən xətt çəkdi.
Vaxtilə Ulu Öndər Heydər Əliyev tribunadan çıxış edəndə Bayram Bayramov ona dedi ki, gəl səni vertolyotla Qarabağa aparım. Bu gün Prezident İlham Əliyev dünyanın aparıcı ölkə başçılarını təyyarə ilə Qarabağa aparır”.
Safura Bənnayeva
Globalinfo.az