alban kilse 12342

Vatikanın rəsmi “L’Osservatore Romano” qəzetində Qarabağdakı kilsələrin həqiqətə uyğun olaraq alban kilsəsi kimi təqdim edilməsi Erməni Apostol Kilsəsinin “artsax” yeparxiyasını hiddətləndirib.

Globalinfo.az xəbər verir ki, erməni KİV sözügedən məqalə ilə bağlı silsilə yazılar dərc etməyə başlayıb və guya tarixin təhrif olunduğunu iddia edib.

Həmçinin məqalə müəllifinin Qarabağda alban anlayışına yeni nəfəs verməyə çalışdığı vurğulanıb.

Qeyd edək ki, ermənilərin albanlara məxsus dini abidələri işğal dövründə erməniləşdirməyə cəhd etməkləri daha əvvəl dəfələrlə sübuta yetirilib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: