Vardanyan Paşinyanın yerinə gedir? – İlk siqnal verildi

“Ruben Vardanyanın “vəzifəsindən” azad edilməsi çox mənfi haldır, amma İrəvanda keçiriləcək seçkilər o və komandası üçün əla fürsətdir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Dövlət Komitəsinin daşınmaz əmlak kadastrının keçmiş sədri Sərhat Petrosyan deyib.

O bildirib ki, Vardanyan və komandası bütün güclərini toplayıb müxalif kimi seçkilərdə iştirak etsələr, müəyyən siyasi nəticə əldə etmək baxımından uğur qazana bilərlər.

Qeyd edək ki, Ruben Vardanyan Xankəndiyə gəldikdən sonra Azərbaycanın siyasi mühitində onun Rusiya tərəfindən Ermənistan rəhbərliyinə hazırlanması haqda fikirlər səsləndirilirdi.

Ayşən Mustafa
Globalinfo.az