“Konqo Demokratik Respublikasında Ebola epidemiyasına görə təxminən 2 min nəfər ölüb”.
Globalinfo.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrikadakı regional direktoru Məhəmməd Canabi deyib.
“Vəziyyət pisdir. Üç ay ərzində təxminən 2 min nəfər ölüb, 4 mindən çox yoluxma qeydə alınıb”, – deyə o bildirib.
Qeyd olunur ki, epidemiya qurbanlarının 60-70 faizi evlərində ölüb.
Canabi əhalinin vaxtında həkimə müraciət etməsinin vacibliyi barədə maarifləndirmə işlərinin davam etdirilməsinə çağırıb.
“Le Figaro” nəşri bildirir ki, KDR-də Ebola virusunun yayılması sürətlə artır. Belə ki, son hesabat həftəsində 567 yoluxma halı qeydə alınıb. Bu, virusun yayılma sürətinin rekord göstəricisidir.
Əliyar Xəlil
Globalinfo.az