ÜST rəsmisi: Qəzzanın səhiyyə sistemi çökür

“Səhiyyə sistemi sürətlə pisləşir və daha çox işçi, ləvazimat və çıxışa təcili ehtiyac var”.

Globalinfo.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bunu nu yaxınlarda Qəzza zolağından qayıdan Ümudünya Səhiyyə Təşkilatının rəsmisi Şan Keysi deyib.

ÜST-ün Təcili Tibbi Yardım Mütəxəssisi deyib ki, mən səhiyyə sisteminin gözlərimin önündə çökdüyünü gördüm.

Keysi dekabrın əvvəlindən başlayaraq, Qəzzada beş həftə vaxt keçirib və orada bütün ərazi boyu tibb mütəxəssisləri və pasientlərlə görüşüb.

“Mən hər gün xəstəxanalarda ağır yanıqları, açıq sınıqları olan və saatlarla və ya günlərlə müalicə gözləyən pasientlər gördüm və onlar tez-tez məndən yemək və su istəyirdilər,” o deyib.

Keysi qeyd edib ki, atəşkəs ən kritik ehtiyacdır, lakin Qəzza daxilində insanları və yardım ləvazimatlarını təhlükəsiz və sürətli şəkildə köçürmək imkanı da əzabları azaltmağa kömək edəcək.

HƏMAS-n oktyabrın 7-də İsrailə hücumunun müharibəyə səbəb olmasından əvvəl, Qəzzada 36 xəstəxana və təxminən 25 000 həkim, tibb bacısı və mütəxəssisdən ibarət güclü səhiyyə sistemi var idi. İndi isə ÜST bildirir ki, xəstəxanların təxminən 15-i qismən fəlaiyyət göstərir ki, bu da 50 mindən çox yaralıya yardım etməyi çətinləşdirir.

Keysi ləvazimat və işçi çatızmazlığı olduğunu bildirib, çünki onların çoxu köçkündür və sağ qalmaq və öz ailələrinin qayğısına qalmaq üçün mübarizə aparır.

“Qəzzada inanılmaz dərəcədə cəsarətli tibb işçiləri var ki, onlar qalır və insanlara qayğı göstərirlər, çünki bunu edəcək başqa heç kim yoxdur,” o deyib. “Təhlükəsiz yol olsaydı və yaşamağa və ailələrinə baxmağa yerləri olsayd; daha da çoxu işə qayıdardı.”

Keysi, artan ehtiyacların ödəməyə kömək etmək üçün daha çox beynəlxalq tibbi qrupların necə cəlb ediləcəyini görmək üçün Qəzzada idi.

O, Qəzzanın şimalına tədarükün xüsusilə çətin olduğunu deyib. Orada olduğu beş həftə ərzində onun komandası 12 gün ardıcıl olaraq şimaldakı ən böyük xəstəxanaya, əl-Şifaya ləvazimat çatdıra bilməyib.

Keysi, şimalda bir digər xəstənada Əl-Əhlidə vəziyyətin acınacaqlı olduğunu bildirib.

Israil HƏMAS-ı yardım ləvazimatlarının oğurlamaqda ittiham edib, ancaq Keysi xəstəxanaya ziyarətləri zamanı buna dair bir sübut görmədiyini bildirib.

“Məndə bu xəstəxanalara çatdırılan təchizatların bu xəstəxanalardan başqa bir yerə getdiyinə dair heç bir sübut yoxdur,” o deyib. “Mən onların dərhal istifadə edildiyini gördüm; Mən qutuların açıldığını gördüm.”

Beynəlxalq Xilasetmə Komitəsinin fövqəladə tibbi yardım üzrə baş texniki məsləhətçisi Dr. Sima Cilani bu yaxınlarda beş britaniyalı həkimlə Qəzzaya iki həftəlik missiyadan qayıdıb.

Bir neçə münaqişə və post-münaqişə ölkəsində çalışan Cilani deyib ki, onun Qəzzada gördükləri karyeras boyunca şahid olduğu ən ekstremal vəziyyətdir.

O, müxbirlərlə brifinqi zamanı Qəzzanın mərkəzində Əl-Əqsa xəstəxanasında onlarla uşağı müalicə etdiyini bildirib. Onun orada morfin və döş qəfəsi boruları da daxil olmaqla pediatrik ləvazimatlara çıxışı olmayıb.

Xəstəxanadakı ilk saatlarında o, sağ qolu və ayağı parçalanmış bir yaşlı oğlan uşağını müalicə edib.

“Mən onu o yerdə uzanarkən müalicə etdim, çünki xərəklər yox idi, çünki xəstəxana təhlükəsiz sığınacaq və təhlükəsiz yer axtarışında olan yüzlərlə, bəlkə də minlərlə insan üçün sığınacağa çevrilmişdi,” Cilani deyib.

Davosda BMT-nin baş katibi Antoni Quterres iş adamlarına Qəzzada təcili humanitar atəşkəsə ehtiyac olduğunu, bunun ardınca iki dövlətli həll əsasında israillilər və fələstinlilər üçün davamlı sülhə aparan prosesə ehtiyac olduğunu söyləyib.

“Bu, əzabları dayandırmağın və bütün bölgəni alovlandıra biləcək münaqişənin yayılmasının qarşısını almağın yeganə yoludur,” o bildirib.

İsrail HƏMAS-n nəzarət etdiyi Qəzzanı HƏMAS-ın oktyarbın 7-də İsrailin cənubuna hücumundan sonra tam mühasirəyə alıb. ABŞ VƏ Aİ-nin terro qrupu olaraq tanıdığı HƏMAS 1200 nəfəri ölüdürüb, 240 nəfəri girov götürüb. Onlardan 100-dən çoxu noyabrda bir həftəlik fasilə zamanı zərbəst buraxılıb.

HƏMAS-ın idarə etdiyi Qəzza səhiyyə nazirliyi oktyabrn 7-dən bəri 24 mindən çox fələnstinlinin öldürüldüyünü bildirir ki, onların əksəriyyəti qadın və uşaqlardır.